Kuril adalarında 5.4 bal gücündə zəlzələ olub

Kuril adalarında 5.4 bal gücündə zəlzələ olub
# 12 iyul 2021 07:18 (UTC +04:00)

Bu gün Kuril adaları yaxınlığında 5.4 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Saxalin şöbəsi məlumat yayıb.

Bildirilib ki, Kuril adalarında 5.4 bal gücündə hiss olunan təbiət hadisəsi Sakit Okeanda 8.07 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri Simuşir adasının (orta Kuril) yaxınlığında, 80 kilometr dərinlikdə yerləşib.

Xəsarət və dağıntı yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Hazırda yeraltı təkanların yaşayış məntəqələrinə ehtimal edilən ziyanı dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR