Moskvada anbarda güclü yanğın olub, bir yanğınsöndürən zəhərlənib - VİDEO

Moskvada anbarda güclü yanğın olub, bir yanğınsöndürən zəhərlənib - VİDEO
# 19 iyun 2021 21:24 (UTC +04:00)

Moskvada pirotexniki məhsulların yığıldığı anbarında yanğın baş verib.

APA RİA Novosti-yə istinadən xəbər veri ki, bu barədə paytaxtın Təcili yardım xidməti məlumat yayıb.

Yanğın yerli vaxtla 19:15-də Lujhnetskaya rayonunda yerləşən anbarda baş verib.

Yanğın 500 kvadratmetr ərazidə lokallaşdırılıb.

Bildirilib ki, yanğının söndürülməsi zamanı alovdan ayrılan kimyəvi maddədən bir yanğınsöndürən zəhərlənib. O, xəstəxanaya yerləşdirilib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR