Moskvada rekord istilik qeydə alınıb

Moskvada rekord istilik qeydə alınıb
# 22 iyun 2021 14:09 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskva şəhərində rekord istilik qeydə alınıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya paytaxtında havanın hərarəti +32,9 dərəcəyə yüksəlib.

Hidrometeoroloji Mərkəzin elmi rəhbəri Roman Vilfandın sözlərinə görə, Moskvada 22 iyun tarixi üçün rekord temperatur 1917-ci ildə qeydə alınıb. Belə ki, həmin vaxt havanın temperaturu 31,8 dərəcə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR