Paşinyan Rusiyaya gedir

Nikol Paşinyan, Vladimir Putin

© APA | Nikol Paşinyan, Vladimir Putin

# 06 iyul 2021 16:18 (UTC +04:00)

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyaya işgüzar səfər edəcək.

APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 7-də baş tutacaq səfər çərçivəsində Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

"Tərəflər Rusiya-Ermənistan arasında strateji əməkdaşlığı, 2020-ci ilin noyabrın 9-da və 2021-ci ilin yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatın bəndlərinin reallaşdırılması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərini müzakirə edəcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR