Qırğızıstanın sabiq baş naziri həbs olunub

Omurbek Babanov

© APA | Omurbek Babanov

# 02 iyun 2021 16:19 (UTC +04:00)

Qırğızıstanın sabiq baş naziri həbs olunub.

APA-nın RIA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Bişkekin Pervomayski rayon məhkəməsi məlumat yayıb.

Bildirilib ki, sabiq baş nazir Omurbek Babanov korrupsiya ittihamı ilə iki ay müddətinə həbs olunub.

Qeyd edək ki, Qırğızıstan Nazirlər Kabinetinin keçmiş rəhbəri "Kumtor" qızıl mədəninin işlənməsi layihəsinin həyata keçirilməsi ilə bağlı korrupsiyada şübhəli bilinir. O, mayın 31-də xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

O. Babanov ölkənin keçmiş prezidenti Almazbek Atambayevin dövründə baş nazir və 2017-ci ilin oktyabrında Qırğızıstanda keçirilən prezident seçkilərində Soronbay Jenbekovun əsas rəqibi idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR