Rəsmi Kiyev Zelenski-Putin görüşü üçün şərt irəli sürüb

Rəsmi Kiyev Zelenski-Putin görüşü üçün şərt irəli sürüb
# 07 oktyabr 2021 01:17 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski “Ukrayna ərazisinin bir hissəsinin işğalı” dayandırılacağı halda Rusiya lideri Vladimir Putinlə görüşməyə hazırdır.

APA Ukraynanın “UNIAN” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu V.Zelenskinin mətbuat katibi Sergey Nikiforov bildirib.

“Ukrayna ərazisinin bir hissəsinin Rusiya tərəfindən işğalı və ya Ukrayna vətəndaşlarının girov götürülməsi kimi fundamental məsələlər Ukrayna-Rusiya münasibətlərindən yox olan kimi Ukrayna prezidenti Moskvanın təklif etdiyi gündəmi müzakirə etməyə hazır olacaq. Zelenskinin mövqeyi budur ki, Putinlə birbaşa dialoq həm Ukrayna, həm də Rusiya xalqlarının əsas istəyi əsasında qurulmalıdır, bu da sülhə aparan yoldur”, - S.Nikiforov belə deyib.

O qeyd edib ki, yalnız bu problem həll edildikdən sonra diplomatik əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını müzakirə etmək mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR