Rusiya XİN: Əfqanıstan sərhədi yaxınlığındakı hərbi bazamız lazımi şəkildə təchiz olunub

Rusiya XİN: Əfqanıstan sərhədi yaxınlığındakı hərbi bazamız lazımi şəkildə təchiz olunub
# 06 iyul 2021 14:33 (UTC +04:00)

Rusiyanın Tacikistandakı hərbi bazası bu ölkənin Əfqanıstanla sərhədindəki vəziyyətin həll olunmasına yardım etmək üçün lazımi şəkildə təchiz edilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

"Hər şey Əfqanıstanın şimalında vəziyyətin necə inkişaf etməsindən asılı olacaq. Bildiyimiz kimi, orada vəziyyət olduqca gərgindir, çünki bəzi mənbələrə görə sərhədin 70 faizi "Taliban"ın nəzarəti altındadır".

A. Rudenko deyib ki, Rusiyanın Tacikistanda ehtiyac olduğu halda bu ölkəyə yardım üçün lazım olan hər şeylə təchiz olunmuş 201 saylı hərbi bazası yerləşir.

"Əlavə səylər də tələb olunarsa, onlar realaşdırılacaq", - deyə rusiyalı diplomat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR