Rusiyada COVID-19-dan ölənlərin sayı 117 mini ötüb

Rusiyada COVID-19-dan ölənlərin sayı 117 mini ötüb
# 20 may 2021 13:21 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9232 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 974 908 nəfərə çatıb.

Son sutka ərzində 396 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 117 361 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR