Rusiyada COVID-19-dan ölənlərin sayı 210 mini ötüb

Rusiyada COVID-19-dan ölənlərin sayı 210 mini ötüb
# 04 oktyabr 2021 12:53 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 25 781 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 612 317 nəfərə çatıb.

Son sutka ərzində 883 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 210 801 nəfərə çatıb. Pandemiya dövründə indiyə kimi koronavirusdan ən çox ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə və Braziliyadan sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR