Rusiyada COVID-19-dan ölüm sayında rekord davam edir

Rusiyada COVID-19-dan ölüm sayında rekord davam edir
# 30 sentyabr 2021 13:02 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 23 888 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 511 026 nəfərə çatıb.

Son sutka ərzində 867 nəfər koronavirusdan ölüb və pandemiya başlayandan koronavirusdan ölüm halında maksimum qeydə alınıb.

Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 207 255 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR