Rusiyada evdə yanğın olub, 3-ü uşaq olmaqla, 6 nəfər ölüb - YENİLƏNİB-1

Rusiyada evdə yanğın olub, 3-ü uşaq olmaqla, 6 nəfər ölüb - YENİLƏNİB-1
# 10 oktyabr 2021 09:14 (UTC +04:00)

Rusiyanın Kurqan şəhərində fərdi evdə yanğın olub.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər ölüb.
Yanğının səbəbi araşdırılır.

***

saat 08.19

Rusiyanın Kurqan şəhərin taxtadan tikilmiş fərdi yaşayış evində baş vermiş yanğı zamanı ölənlərin sayı 4 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə REN TV kanalı Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, vəziyyəti ağır olan daha bir nəfər xəstəxanaya yerləşdirilib.

***

07:48

Rusiyada taxtadan tikilmiş evdə yanğın baş verib.

APA federal Təcili yardım xidmətinin yaydığı məlumata istinad edərək bildirir ki, hadisə Kurqan şəhərinin Urojainaya küçəsində qeydə alınıb.

Xidmətdən bildirilib ki, 150 kvadratmetrlik ərazidə fərdi yaşayış binasının yanması nəticəsində evdə olan iki uşaq ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR