Rusiyada körfəzdə 7 yaşlı uşaq meyiti aşkarlanıb

Rusiyada körfəzdə 7 yaşlı uşaq meyiti aşkarlanıb
# 14 iyul 2021 03:12 (UTC +04:00)

Rusiyanın Tver bölgəsində körfəzdə 7 yaşlı uşağın meyiti aşkarlanıb.
APA “Rosiyya 24” telekanalına istinadən xəbər verir ki, hadisə ilə bağlı Federal İstintaq Komitəsinin Regional İdarəsi araşdırmaya başlayıb.
Hadisə Şilovka kəndində yerləşən “Quşçinskaya Luka” körfəzində qeydə alınıb.
Bildirilin ki, cəsədin üzərində zorakılıq əlamətləri müəyyən edilməyib. Onun suda boğulduğu ehtimal edilir.
Hadisə yerinə istintaq idarəsinin müstəntiqləri, kriminalistlər, Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
Xatırladaq ki, son bir həftədə Tver bölgəsində su hövzəsində bir neçə analoji hadisə yaşanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR