Rusiyada meşə yanğınlarına nəzarət edən təyyarə qəzaya uğrayıb

Rusiyada meşə yanğınlarına nəzarət edən təyyarə qəzaya uğrayıb
# 25 iyun 2021 06:48 (UTC +04:00)

Rusiyanın Arxangelsk vilayətində yüngülmühərrikli təyyarə ilə rabitə əlaqəsi kəsilib.

APA TASS-a istinadən xəbər verir ki, axtarışlarına başlanılan təyyarənin qəzaya uğradığı məlum olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, təyyarənin əsas pilotu və müşahidəçi pilot sağdır.

“Təyyarə tapılıb, qəzaya uğrayıbmış. Heyət sağdır, “Mi-8” helikopterinin göyərtəsinə qəbul edilib və Kotlas şəhərinə çatdırılacaq”, - deyə nazirlikdən bildirilib.

Rusiya FHN əsas pilot və müşahidəçi pilotun huşunun yerində olduğunu əlavə edib.

TASS-a bildirir ki, təyyarə qəzaya uğradıqdan sonra yanıb.

“Sərnişinlərdən biri gəzə bilir, digəri yox. Onlar helikopterlə xəstəxanaya aparılır”, - deyə agentliyin həmsöhbəti qeyd edib.

Məlumata görə, təyyarə heyəti Arxangelsk vilayətinin Verxnetoemski bölgəsində meşə yanğınlarına qarşı patrul uçuşları həyata keçirirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR