Rusiyada seçki protokollarının 99%-nin nəticələrinə görə “Vahid Rusiya” qalibdir - YENİLƏNİB

Rusiyada seçki protokollarının 99%-nin nəticələrinə görə “Vahid Rusiya” qalibdir - YENİLƏNİB
# 20 sentyabr 2021 15:07 (UTC +04:00)

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Dövlət Dumasına keçirilən seçkilərdə protokolların 99 faizini sayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, MSK-nın açıqladığı nəticələrə əsasən, hakim “Vahid Rusiya” Partiyası 49,82 faiz səslə qalib gəlib.

Kommunist Partiyası 19 faiz səslə ikinci, Liberal-Demokrat Partiyası 7,49 faiz səslə üçüncü, “Ədalətli Rusiya-Həqiqət uğrunda” Partiyası 7,42 faiz səslə dördüncü, “Yeni İnsanlar” Partiyası isə 5,35 faiz səslə beşinci yeri tutub.

***

saat 11:38

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Dövlət Dumasına seçkilərdə protokolların 80 faizinin sayıldığını açıqlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, “Vahid Rusiya” Partiyası 194 təkmandatlı dairədən, Kommunist Partiyası 15, “Ədalətli Rusiya-Həqiqət uğrunda” Partiyası 8 təkmandatlı dairədən liderliklərini qoruyub saxlayırlar.

“Vahid Rusiya” Partiyasının Ali Şurasının katibi Andrey Turçak partiyasının seçkilərdə 315 mandat alacağını açıqlayıb. Onun sözlərinə görə, “Vahid Rusiya” Partiya siyahısından 120, təkmandatlı dairələrdən isə 195 mandat alır.

Qeyd edək ki, Rusiya parlamentinin aşağı palatası 450 deputatdan ibarətdir. Onların 225 nəfəri partiya siyahısı ilə, 225 isə təkmandatlı dairələrdən seçilir. Parlamentdə konstitusiya çoxluğunu əldə etmək üçün partiyalara ən azı 300 mandata sahib olmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR