Rusiyada son sutkada 799 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada 799 nəfər koronavirusdan ölüb
# 28 avqust 2021 12:39 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 19 492 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 6 863 541 nəfərə çatıb.

Son sutka ərzində 799 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 180 840 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR