Rusiyada son sutkada koronavirusdan rekord sayda - 929 ölüm qeydə alınıb

Rusiyada son sutkada koronavirusdan rekord sayda - 929 ölüm qeydə alınıb
# 06 oktyabr 2021 12:50 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 25 133 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 662 560 nəfərə çatıb.

Rusiyada pandemiya dövründə indiyə kimi koronavirusdan ən çox ölüm halı qeydə alınıb. Belə ki, son sutka ərzində 929 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 212 625 nəfərə çatıb.

Qeyd edək ki, bu, pandemiya başlayandan Rusiyada koronavirusdan gündəlik ölüm sayında yeni rekorddur.

Rusiya koronavirusa yoluxma sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə və Braziliyadan sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR