Rusiyada təyyarə qəzası baş verib, 2 nəfər ölüb - YENİLƏNİB

Rusiyada təyyarə qəzası baş verib, 2 nəfər ölüb - YENİLƏNİB
# 24 iyul 2021 09:50 (UTC +04:00)
Rusiyanın Xabarovsk diyarında yüngül təyyarənin qəzaya uğraması 
nəticəsində ölənlərin sayı 2-yə çatıb.
APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə bölgənin
 Səhiyyə İdarəsinin mətbuat xidmətindən bildirilib.

***

08:25

Rusiyada “Sierra P2002” markalı yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

APA TASS-a istinadən xəbər verir ki, hadisə Xabarovskinin Kalinka kəndində baş verib.

Nəticədə bir nəfər yerindəcə ölüb, xəsarət alan qadın isə hər iki ayağının sınığı ilə 2 saylı regional klinik xəstəxanaya aparılıb.

İstintaqın ilkin araşdırmasına görə, təyyarə səhər saatlarında Kalinka eniş ərazisinə düşüb. İstintaq hadisənin başvermə səbəbi kimi üç versiya irəli sürüb: pilot səhvi, təyyarənin texniki nasazlığı, əlverişsiz hava şəraiti. Bunların hansının doğru olacağı araşdırma zamanı ortaya çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR