Rusiyada yol qəzasında dörd nəfər ölüb

Rusiyada yol qəzasında dörd nəfər ölüb
# 12 iyun 2021 00:24 (UTC +04:00)

Rusiyanın Belqorod bölgəsində iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə Moskva vaxtı ilə 19.30-da Yakovlevski şəhər dairəsi ərazisində "Krım" federal magistral yolunun 651-ci kilometrliyində baş verib.

“Ford Focus” və “VAZ 2112” markalı avtomobillərin toqquşması nəticəsində hər iki maşının sürücüsü və “VAZ”da olan iki sərnişin dünyasını dəyişib.

Hazırda polis yol qəzasının səbəblərini müəyyənləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR