Rusiyanın fövqəladə hallar naziri Sankt-Peterburqda dəfn edilib

Rusiyanın fövqəladə hallar naziri Sankt-Peterburqda dəfn edilib
# 10 sentyabr 2021 19:28 (UTC +04:00)

Sentyabrın 8-də Norilskdə keçirilən qurumlararası təlimlərdə bir nəfərin həyatını xilas edərkən faciəli şəkildə həlak olan Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev Sankt-Peterburqda dəfn edilib.

APA-nın TASS-a istinadən xəbərinə görə, vida mərasimindən sonra nazirin cənazəsi xüsusi heyət tərəfindən Sankt -Peterburqa aparılıb.

Mərasim qapalı şəraitdə keçirilib.

Qeyd edək ki, Y. Ziniçev Norilskdə tanınmış kinorejissor Aleksandr Melnikin həyatını xilas edərkən həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR