Rusiyanın Xəzər donanması Həştərxandan Dağıstana köçürülüb

Rusiyanın Xəzər donanması Həştərxandan Dağıstana köçürülüb
# 26 avqust 2021 13:04 (UTC +04:00)

Rusiyanın Xəzər donanması Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürülüb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya müdafiə nazirinin müavini Timur İvanov bildirib.

O, Xəzər donanmasının əsas və köməkçi qüvvələrinin Həştərxandan Kaspiyskə köçürüldüyünü qeyd edib.

“İlkin mərhələdə bütün köməkçi gəmilər köçürüldü, indi isə bütün əsas gəmilər artıq oradadır”, - deyə nazir müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR