Soçidə Putin və Ərdoğanın təkbətək görüşü 3 saat davam edib - YENİLƏNİB

Ərdoğan, Putin

© APA | Ərdoğan, Putin

# 29 sentyabr 2021 17:42 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, Soçidə şəhərindəki “Boçarev Ruçey” iqamətgahında keçirilən Rusiya və Türkiyə liderlərinin təkbətək görüşü təxminən 3 saat davam edib.

V. Putin Ərdoğanla vidalaşarkən koronavirusa görə özünütəcrid rejiminə keçməsindən danışıb.

O bildirib ki, ətrafındakı insanlar təkrar vaksinasiya olmadıqları üçün yoluxublar. Ərdoğan Putindən vaksin olunandan sonra antitel göstəricilərinin sayını soruşub. Putin dəqiq xatırlamasa da, antitel göstəricisini 16 olduğunu söyləyib. Ərdoğan isə bu göstəricinin çox aşağı olduğunu söylədikdə isə Putin antitel göstəricisinin Rusiyada fərqli hesablandığını bildirib.

***

saat 14:39

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş başlayıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Görüş Soçidə keçirilir.

Kremlin məlumatında bildirilirdi ki, Rusiya və Türkiyə liderlərinin görüşdə Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ərdoğan bu gün Rusiyaya işgüzar səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR