Şoyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Soyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

© APA | Soyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

# 19 oktyabr 2021 17:12 (UTC +04:00)

Rusiyanın müdafiə naziri Sergey Şoyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqirinin Moskvaya səfəri çərçivəsində baş tutan görüşdə Rusiyanın müdafiə naziri bildirib ki, iki ölkə arasında münasibətlər dinamik şəkildə inkişaf edir.

"Münasibətlərimiz dinamik inkişaf edir və çoxşaxəlidir, bunun bariz təsdiqi beynəlxalq terrorizmə qarşı birgə mübarizəmizdir. Münasibətlərimizin hazırkı inkişaf tempini qorumaq üçün səy göstərməyə davam edəcəyik", -deyə Sergey Şoyqu qeyd edib.

Rusiyalı nazir Əfqanıstandakı vəziyyət və buradakı mümkün təhdidlər barədə də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR