Tbilisidə Saakaşvilinin azadlığa buraxılması tələbi ilə keçirilən mitinq insidentsiz başa çatıb - FOTO - YENİLƏNİB

Tbilisidə Saakaşvilinin azadlığa buraxılması tələbi ilə keçirilən mitinq insidentsiz başa çatıb - FOTO  - YENİLƏNİB
# 14 oktyabr 2021 21:56 (UTC +04:00)

Tbilisinin Azadlıq meydanında sabiq prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə keçirilən mitinq başa çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, müxalif "Vahid Milli Hərəkat" partiyasının təşkil etdiyi mitinq 4 saata yaxın davam edib.

Mitinq zamanı M.Saakaşvilinin məktubu oxunub. Məktubunda sabiq prezident qeyd edib ki, azadlığa çıxdıqdan sonra heç bir halda revanşa çalışmayacaq.

Mitinq zamanı insident qeydə alınmayıb. Mitinq Gürcüstanın dövlət himninin oxunması ilə başa çatıb.

Xatırladaq ki, qeyri-qanuni yollarla Gürcüstana qayıdan sabiq prezident Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs edilib.

***

Saat 17:36

Gürcüstanın paytaxtı Tbilisidə müxalifətin genişmiqyaslı mitinqi keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, “Azadlıq” meydanına toplanan müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvləri və tərəfdarları sabiq prezident Mixeil Saakaşvilinin həbsdən azad edilməsini tələb edirlər.

Mitinqə paytaxt sakinləri ilə yanaşı Gürcüstanın müxtəlif bölgələrindən də çox sayda müxalifət tərəfdarının toplaşdığı bildirilir.

Əraziyə çox sayda polis və təcili yardım maşınları cəlb edilib.

Mitinqin keçirildiyi “Azadlıq” meydanında, eləcə də Rustaveli prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Xatırladaq ki, Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR