Türkiyədən Rusiyaya uçan sərnişin təyyarəsi Pulkovo hava limanına təcili eniş edib

Türkiyədən Rusiyaya uçan sərnişin təyyarəsi Pulkovo hava limanına təcili eniş edib
# 16 sentyabr 2021 05:15 (UTC +04:00)

Türkiyənin Antalya bölgəsindən Rusiyaya istiqamət götürən “Rossiya” Hava Yollarına məxsus sərnişin təyyarəsi Pulkovoya təcili eniş edib.

APA xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Enişdən əvvəl pilotlar dispetçerlərə mühərriklərdən birinin nasazlığı barədə məlumat verib.
Təyyarədə 95 sərnişin və ekipaj üzvü olub, xəsarət alan olmayıb.

Təyyarə enməzdən əvvəl hava limanı xəbərdar edilib.

Hava limanını idarə edən “Northern Capital Gateway” Şirkətindən bildirilib ki, təyyarə saat 22: 24-də normal şəkildə eniş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR