Ukraynada təyyarə qəzasında üç ABŞ vətəndaşı və yerli pilot ölüb

Ukraynada təyyarə qəzasında üç ABŞ vətəndaşı və yerli pilot ölüb
# 29 iyul 2021 05:03 (UTC +04:00)

Ukraynanın İvano-Frankovsk vilayətində idman təyyarəsinin qəzaya uğraması nəticəsində üç ABŞ vətəndaşı ölüb.

APA xəbər verir ki, bu barədə Ukraynanın “Strana” qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, təyyarə şəxsi evlərin üzərinə düşərək yanıb, nəticədə 4 nəfər ölüb.

“Strana” qəzeti yazır ki, ölənlər “üç ABŞ vətəndaşı və bir yerli pilot İqor Tabanyukdur”. Qeyd olunur ki, Çexiya istehsalı olan “Advantic WT10” təyyarəsi İvano-Frankivsk vilayətinin Kolomıye şəhər aerodromunda xarici turistlər üçün uçuşlar həyata keçirirmiş.

Hadisə yerində araşdırmalar aparılır. İnsidentin pilotun uçuş təhlükəsizliyi qaydalarını pozması və ya avadanlığın nasazlığı səbəbindən baş verdiyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR