Anar Kərimov: "Ermənilər başa düşəcəklər ki, bu sənət əsərləri mütləq Azərbaycana qaytarılmalıdır”

Nazir Anar Kərimov

© APA | Nazir Anar Kərimov

# 15 noyabr 2021 12:49 (UTC +04:00)

“İlk növbədə biz Qarabağda talan edilmiş mədəni obyektlərin siyahısını tutmalıyıq”.

APA-ının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

O, bildirib ki, işğal illərində talanmış muzey eksponatlarının çoxunun taleyi məlum deyil: “Amma bəziləri haqqında məlumatımız var. Biz bu məlumatları toplayıb bundan sonra beynəlxalq konvensiyalar çərçivəsində iddialarımızı qaldıracağıq. Məqsədimiz də budur ki, bizdən oğurlanmış və Azərbaycana məxsus sənət əsərləri özümüzə qaytarılsın. Bilirsiniz ki, Ermənistan həyasızcasına Şuşadan oğurladıqları xalçaların sərgisini keçirmişdi. Bunu fəxrlə də göstərirdilər. Bu cinayət və beynəlxalq hüquqa hörmətsizlikdir. Biz bu barədə UNESCO-ya da dərhal məlumat verdik. Bundan sonra da bu işlər mütəmadi olaraq davam etdiriləcək. Biz erməniləri rahat qoymayacağıq. Onlar başa düşəcəklər ki, bu sənət əsərləri mütləq Azərbaycana qaytarılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR