Anar Kərimov Tbilisidə Cəlil Məmmədquluzadənin ev muzeyində olub - FOTO

Mədəniyyət naziri Anar Kərimov Tbilisidə Cəlil Məmmədquluzadənin ev muzeyində

© APA | Mədəniyyət naziri Anar Kərimov Tbilisidə Cəlil Məmmədquluzadənin ev muzeyində

# 07 iyul 2021 12:21 (UTC +04:00)

Mədəniyyət naziri Anar Kərimov Tbilisidə Azərbaycanın görkəmli dramaturqu Cəlil Məmmədquluzadənin qəzalı vəziyyətdə olan ev muzeyini ziyarət edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Tbilisinin Mtatsminda rayonunun Besiki 24 ünvanında yerləşən ev muzeyinin üzləşdiyi vəziyyətlə yerində tanış olan nazir Anar Kərimov təmir-bərpa işlərinin aparılmasının zəruriliyini vurğulayıb.

Qeyd edək ki, Anar Kərimovun iyulun 9-dək davam etməsi planlaşdırılan səfəri çərçivəsində Gürcüstanın dövlət və hökumət rəsmiləri ilə baş tutacaq görüşləri zamanı bu ölkədəki Azərbaycan mədəniyyət ocaqlarının mühafizəsi məsələsinin diqqətdə saxlanılacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR