“Avropa İttifaqı Azərbaycan üçün” adlı foto-sərginin bağlanış mərasimi keçirilib

“Avropa İttifaqı Azərbaycan üçün” adlı foto-sərginin bağlanış mərasimi keçirilib
# 21 oktyabr 2021 16:56 (UTC +04:00)

“Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) adlı foto-sərginin bağlanış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, Dənizkənarı Milli Parkda açıq havada təşkil olunmuş foto-sərginin bağlanış mərasimində Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və Aİ ölkələrinin səfirləri iştirak edib.

Bağlanış mərasimində çıxış edənn Aİ səfiri Azərbaycan və İttifaq arasında münasibətlərə həyata keçirilən layihələrə toxunub. O bildirib ki, tərəflər asasında əməkdaşlıq gələcəkdə də inkişaf edəcək.

Qeyd edək ki, sərginin keçirilməsində məqsəd Aİ-nin Azərbaycandakı fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumatlandırmanı artırmaqdır. Sərgidə nümayiş olunmuş 100-dən çox fotoşəkildə Avropa İttifaqının müxtəlif illərdə Azərbaycanda kənd yerləri və regionların inkişafı, ailə biznesi, inklüziv təhsil, qadın sahibkarlığı və s. kimi sahələrdə həyata keçirdiyi layihələr, müxtəlif növ mədəniyyət tədbirləri, həmçinin bu layihələrdən faydalanmış insanların uğur hekayələri öz əksini tapıb.

Sərgi bir ay davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR