Azad Cəfərli TİKA-nın Bakı üzrə yeni koordinatoru ilə görüşüb

Azad Cəfərli TİKA-nın Bakı üzrə yeni koordinatoru  ilə görüşüb

© APA | TİKA-nın Bakı üzrə yeni koordinatoru Fatih Yılmaz ilə görüş keçirilib

# 15 sentyabr 2021 17:34 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı üzrə yeni koordinatoru Fatih Yılmaz ilə görüşüb.

Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azad Cəfərli Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrin daim inkişaf etdiyini vurğulayıb.

O, iki qardaş ölkə arasında mədəni irsin qorunması, tarixi abidələrin bərpası istiqamətində də münasibətlərin inkişaf edərək genişlənməsindən məmnunluğunu ifadə edib.

Fatih Yılmaz səmimi qəbula görə təşəkkür edərək, mədəni irsin və tarixi abidələrin bərpası ilə bağlı TİKA-nın bundan sonra da ölkəmizlə birgə layihələrinin, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində işlərin davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Görüş zamanı TİKA tərəfindən Azərbaycanda mədəni irsin bərpası sahəsində müxtəlif təlim və layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında mədəni irs sahəsində əlaqələrin gələcək inkişafı, təcrübə mübadiləsi, mədəni irsin mühafizəsi, tarixi abidələrin bərpa və konservasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR