Azərbaycanla Xorvatiya arasında mədəni əlaqələr müzakirə edilib

Azərbaycanla Xorvatiya arasında mədəni əlaqələr müzakirə edilib

© APA | Xorvatiya səfiri Branko Zebiç Mədəniyyət Nazirliyində

# 17 iyun 2021 11:37 (UTC +04:00)

Mədəniyyət naziri Anar Kərimov Xorvatiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç ilə görüşüb.

APA-nın məlumatına görə, nazir Azərbaycanla Xorvatiya arasındakı dostluq münasibətlərinin bir çox sahələrdə səmərəli əməkdaşlığın qurulmasına, o cümlədən mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinə böyük zəmin yaratdığını bildirib. 

Xorvatiya ilə mədəni əlaqələrin inkişafının vacibliyini bildirən A.Kərimov iki ölkə arasında imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

O, ölkələrimiz arasında mədəni əlaqələrin daha da gücləndirilməsi ilə bağlı məsələlərə toxunarkən mədəni irsin bərpasında Xorvatiyanın təcrübəsindən istifadə, kitabxana və muzey işi, gənclərlə iş, ümumilikdə mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib, birgə tədbirlərin təşkilində ölkəmizin maraqlı olduğunu vurğulayıb.

Səfir isə ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, ölkələr arasında mədəniyyət sahəsində birgə fəaliyyətin səmərəli təşkili məqsədilə bu kimi görüşlərin əhəmiyyətini qeyd edib, mədəni əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə həmçinin iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətin gələcək perspektivləri müzakirə edilib, əməkdaşlıqla bağlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR