Bir qrup xarici bloger Qobustan dövlət tarixi-bədii qoruğuna baş çəkib - FOTO - VİDEO

Bir qrup xarici bloger Qobustan dövlət tarixi-bədii qoruğuna baş çəkib

© APA | Bir qrup xarici bloger Qobustan dövlət tarixi-bədii qoruğuna baş çəkib

# 29 may 2021 10:27 (UTC +04:00)

Mayın 29-da "Show Me Azərbaijan" layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan xarici blogerlər Qobustan dövlət tarixi-bədii qoruğuna baş çəkiblər.

APA-nın məlumatına görə, onlar qoruğun fəaliyyəti ilə tanış olub, orada sərgilənən ekspozisiyalara baxış keçiriblər.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən "Show Me Azərbaijan" layihəsində Şimali Amerika və Avrasiya daxil olmaqla 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni iştirak edir. Əsasən “Facebook”, “Instagram” və “YouTube” sosial media platformalarında aktivlik göstərən qrupun ümumi izləyici sayı 10 milyon nəfərdən artıqdır.

Qonaqlar Azərbaycanın bölgələri və o cümlədən işğaldan azad olunmuş ərazilərə də səfər edəcəklər. Onlar daha əvvəl 28 May - Respublika Günü ilə əlaqədar Bakı şəhəri ilə tanış olublar.

Layihənin məqsədi azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri beynəlxalq ictimaiyyətə nümayiş etdirmək, Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanı, onun maddi-tarixi və mədəni irsini sosial şəbəkələrdə tərənnüm etmək, Azərbaycanda mövcud olan unikal multikulturalizm mühitini və ənənələrini beynəlxalq səviyyədə təqdim etməkdən ibarətdir.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev deyib ki, "Show Me Azərbaijan" beynəlxalq blogerlər layihəsi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilir".

O bildirib ki, layihə mayın 28-də Respublika Günü münasibətilə Bakı şəhərindən başlayıb: "Qonaqlarımız Bakının maddi-mədəni irsi ilə tanış olublar. Bu gündən etibarən isə bölgələrə səyahət edirik. Ümumilikdə bir həftə davam edən proqram çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinə səfər nəzərdə tutulub. Qonaqlar zəngin mədəni-tarixi irsimizlə tanış olacaqlar".

E.Muradov blogerlərin işğaldan azad olunmuş ərazilərə də səfərinin nəzərdə tutulduğunu vurğulayıb: "Orda işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş cinayətləri öz gözləri ilə görəcək və bunları dünya ictimaiyyətinə çatdırmış olacaqlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR