Bir sıra incəsənət xadiminə dövlət mükafatları təqdim olunub - FOTO - VİDEO

İncəsənət xadimlərinə mükafatların təqdim olunması

© APA | İncəsənət xadimlərinə mükafatların təqdim olunması

# 05 oktyabr 2021 17:27 (UTC +04:00)

Bu gün Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bir qrup əməkdaşının və bir sıra incəsənət xadimlərinin mükafatlarının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət naziri Anar Kərimov və ölkə Prezidentinin 29 mart 2020-ci il, 5 iyun, 31 iyul, 17 mart 2021-cil tarixli sərəncamlarında nəzərdə tutulmuş sənətçilər iştirak edib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov mükafat alan incəsənət xadimlərini təbrik edib: “Bu gün müəllimlər günüdür. Mən incəsənət xadimlərini müəllimlərdən ayırmıram. Əgər müəllimlərin silahı auditoriyadırsa, sizin də silahınız səhnədir. Ölkə rəhbərliyi incəsənət xadimlərinin fəaliyyətini diqqətdə saxlayıb. Bu, artıq bir ənənədir. Ulu öndərdən başlayan bu ənənə Prezident İlham Əliyev və I Vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir. Azərbaycan dövləti teatr sənətinə, o cümlədən Rus dram teatrına diqqət göstərir. Biz səngərdə qələbə qazanmışıq, mədəniyyət sahəsində isə mücadiləmiz davam edir. Bu mübarizənin əsgərləri incəsənət xadimləridir. Düşmən bizi dünyaya başqa cür tanıtmaq istəyir. Onların bizi dünyaya barbar kimi təqdim etmə cəhdləri nəticəsiz qalıb. Azərbaycanın zəngin mədəniyyəti var. Ulu öndərin də dediyi kimi, güclü mədəniyyəti olan xalqı məğlub etmək olmaz. Bu gün Mədəniyyət Nazirliyi mədəniyyətimizin təbliğində əlindən gələni edir. Bu, təkcə nazirliyin yox, hər bir vətəndaşın vəzifəsidir”.

Sonra mükafatlar təqdim edilib.

Təltif olunanların siyahısı:

"İstiqlal" ordeni

Qasımova Xuraman Əkrəm qızı

“Şərəf” ordeni

Kərimova Flora Ələkbər qızı

"Əməkdar artist" fəxri adı

Ağayeva Həcər Maqsud qızı

Dubovitskaya Mariya Aleksandrovna

Əmirbəyov Oleq Arnoldoviç

Hacıyeva Natəvan Nizami qızı

İmranova İnna Aleksandrovna

Kimaşeva Bella Vladislavovna

Məmmədov Murad Məmməd oğlu

Omelçenko Yuri Vladimiroviç

Rəhimov Teymur Əsgər oğlu

Sokolenko Milana Aleksandrovna

"Əməkdar mədəniyyət işçisi" fəxri adı

Məmmədov İlham Əli İslam oğlu

3-cü dərəcəli “Əmək” ordeni

Baliyeva Natalya Gennadyevna

Əmirbəyova Rita Cəmil qızı

“Tərəqqi” medalı

Lerman Viktoriya Anatolyevna

Rudıçev Nikolay Nikolayeviç

Saprıkina Lyudmila Qennadiyevna

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR