Heydər Əliyev Sarayı “Nizami” operasını səhnələşdirəcək

Heydər Əliyev Sarayı “Nizami” operasını səhnələşdirəcək
# 11 oktyabr 2021 19:15 (UTC +04:00)

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və "BEAT Group" şirkəti, "VISA"-nın dəstəyi ilə XX-ci əsrin görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylinin “Nizami” operasını səhnələşdirəcək.

Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının APA-ya verdiyi məlumata görə, layihə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və Rəqs Ansamblı ilə birgə müştərək nəzərdə tutulur.

Layihənin ideya müəllifi Respublikanın Əməkdar artisti Ramil Qasımov, layihənin rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev və quruluşçu xareoqrafı Əməkdar artist Ceyhun Qubadova məxsusdur.

Tamaşada Əməkdar artist Ramil Qasımov, Əməkdar artist Inarə Babayeva, Rza Xosrovzadə, Elmir Rüstəmov, Mahir Tağızadə və Emin Ismayılov yer alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR