II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində "Arşın mal alan" operettası təqdim olunub - FOTO

"Arşın mal alan" operettası

© APA | "Arşın mal alan" operettası

# 17 oktyabr 2021 16:01 (UTC +04:00)

Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası təqdim olunub.
APA-nın məlumatına görə, baş rollarda Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Cahangir Qurbanov, Gülüstan Əliyeva, Tural Ağasiyev, Səbinə Vahabzadə və Sadiq Məlikovdur.
Operettanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Operetta tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR