Milli Musiqi Gününə həsr olunan videoçarx hazırlanıb

Milli Musiqi Gününə həsr olunan videoçarx hazırlanıb

© APA | Milli Musiqi Gününə həsr olunan videoçarx hazırlanıb

# 17 sentyabr 2021 17:06 (UTC +04:00)

Milli Musiqi Günü münasibəti ilə sosial videoçarx hazırlanıb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, videoçarx Nazirliyin dəstəyi ilə Heydər Əliyev Sarayının nəzdində yaradılan “Prodüser mərkəzi” tərəfindən hazırlanıb.

Videoçarxın əsas məqsədi dahi bəstəkar Üzeyir Hacıbəylinin irsinin, klassik musiqimizin Azərbaycan gənclərinə təbliğ edilməsidir.

Layihənin ideya müəllifi Ramil Qasımov, səs rejissoru Cavid Cavadoğlu, aranjemançı Coşqun Qadaşov, vokal üzrə müəllimi İnarə Babayeva və prodüseri Fərid Mərddir.

Sosial videoçarxda Mədinə Ağayeva, Emin Məmmədov, Rəşad Ağayev, Əntiqə Yusifova, Kənan Məmmədzadə yer alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR