Moskvada Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” rəsm sərgisi keçirilib - FOTO

Moskvada Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” rəsm sərgisi keçirilib - FOTO
# 08 noyabr 2021 18:30 (UTC +04:00)

Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” rəsm sərgisi keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, sərgi Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə baş tutub.

Sərgidə Azərbaycandan və Rusiyadan olan gənc rəssamların Qarabağın işğaldan azad olunmasına həsr olunmuş rəsm əsərləri nümayiş olunub.

Tədbirin rəsmi hissəsində çıxış edən AMOR-un məsul katibi Ceyhun Hüseynov Zəfər Günündə Moskvanın mərkəzində Qarabağın rəmzinə həsr olunmuş sərginin təşkil olunmasının əhəmiyyətindən danışıb.

Botanika bağının direktoru Aleksey Reteyum çıxışında təmsil etdiyi qurumun AMOR-la əməkdaşlığından bəhs edib: "Bu gün bizim Botanika bağı üçün də bayramdır. Burada Azərbaycanın rəmzi olan xarıbülbülə, bu möhtəşəm gülə həsr edilmiş rəsm sərgisi keçirilir. Bu tədbiri iki ölkənin mədəni həyatında mühüm hadisə hesab etmək olar”.

AMOR tərəfindən “Xarıbülbül" sərgisinin iştirakçılarına diplom və hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR