Nazirlik: Bərpası mümkün olmayan abidələr üçün zərər müəyyən edilməli, Ermənistan cəzalandırılmalıdır

Vasif Eyvazzadə

© APA | Vasif Eyvazzadə

# 12 oktyabr 2021 15:40 (UTC +04:00)

“Azərbaycan dövləti bir çox qurumlar vasitəsilə Ermənistanın Azərbaycana işğal dövründə və işğaldan sonra vurduğu ziyanla bağlı hesabatlar hazırlayır”.

APA-nın məlumatına görə, bunu, Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə BDU-da “İşğal altında olmuş Azərbaycan ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” kompleks hesabat kitabının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, hazırda UNESCO və İSESCO-nun nümayəndə heyətlərinin Azərbaycana dəvət olunması ilə bağlı danışıqlar aparılır: “İşğaldan azad olunmuş ərazilərdə biz çox şeyi bərpa edə bilərik, məktəb tikərik, yol çəkərik, meşələr salarıq. Amma elə şeylər var ki, bu bizim tariximizə aiddir. Tarixi abidələrin çox hissəsi dağıdılıb, məhv edilib. Bizim üçün maraq kəsb edən fəaliyyət bərpası mümkün olmayan abidələr üçün zərərin müəyyən edilməsini, Ermənistanın cəzalandırılmasını təmin etməkdir. Qarabağ elə ərazi olub ki, orada mədəniyyətin inkişafı həmin mühitə bağlı olub. Bu gün o mühit olmadığı üçün köçkünlərin mədəni hüquqları da pozulub. Bununla bağlı da biz hansı işlər görə bilərik, bu, bizim üçün maraqlıdır. Buna görə də hesabatı hazırlayan BDU-nun İşçi Heyəti ilə əməkdaşlıq etməkdə maraqlıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR