Nazirlik: Şuşanın musiqi şəhəri kimi UNESCO-nun "Yaradıcı Şəhərlər Şəbəkəsi"nə daxil edilməsi üçün iş aparılır

Şuşa

© APA | Şuşa

# 12 noyabr 2021 13:21 (UTC +04:00)

“Şuşanın musiqi şəhəri kimi UNESCO-nun "Yaradıcı Şəhərlər Şəbəkəsi"nə daxil edilməsi üçün iş aparılır.”

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, gələcəkdə şəhərin Azərbaycan və ümumi olaraq region üzrə musiqi mərkəzinə çevrilməsi istiqamətində işlər aparılır: “Məlum olduğu kimi, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtıdır, həmçinin ölkəmizin musiqi mərkəzi hesab edilir. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra burada bir sıra musiqi tədbirləri keçirilib, "Xarıbülbül" musiqi festivalı bərpa olunub. Gələcəkdə şəhərin Azərbaycan və ümumi olaraq region üzrə musiqi mərkəzinə çevrilməsi istiqamətində işlər aparılır. Bunu əsas götürərək qeyd etmək olar ki, növbəti illərdə Şuşanın musiqi şəhəri kimi, UNESCO-nun "Yaradıcı Şəhərlər Şəbəkəsi"nə daxil edilməsi üçün imkan yaranır. Bu imkandan istifadə edərək aidiyyəti üzrə UNESCO-nun Katibliyinə təqdim edilməsi üçün xüsusi nominasiya faylı Mədəniyyət Nazirliyi tərəfindən hazırlanacaq.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR