Türkiyədə Malazgirt zəfərinin 950-ci illiyi münasibətilə qurulan Azərbaycanın tanıtım çadırının açılış olub 

Türkiyədə Malazgirt zəfərinin 950-ci illiyi münasibətilə qurulan Azərbaycanın tanıtım çadırının açılış olub 
# 25 avqust 2021 08:20 (UTC +04:00)

Türkiyədə Malazgirt zəfərinin 950-ci illiyi münasibətilə Bitlisin Ahlat rayonunda keçirilən tədbirlər çərçivəsində Azərbaycan mədəniyyətini tanıtmaq məqsədilə qurulan çadırın açılış mərasimi keçirilib.

APA-nın yeri bürosunun xəbərinə görə, Azərbaycanın Türkiyədəki Səfirliyi və ölkəmizin Qars şəhərindəki Baş konsulluğu tərəfindən təşkil edilən çadırda Azərbaycanın tarixi, mədəniyyəti, Qarabağ zəfəri və Azərbaycan-Türkiyə münasibətlərini əks etdirən görüntülər nümayiş edilir.

Açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın Qars Baş konsulu Nuru Quliyev, yerli ictimaiyyət və nümayəndələri, qeyri-hökumət təşkilatı təmsilçiləri iştirak ediblər.

Naxçıvan Dövlət Filarmoniyasının “Şuşa” muğam qrupu müxtəlif ifaları ilə tədbirə xüsusi rəng qatıb.

Qeyd edək ki, avqustun 26-dək davam edəcək tədbirlərdə Azərbaycan mədəniyyətini tanıtma çadırı da ziyarətçilərin və tədbir iştirakçılarının xidmətində olacaq. Tədbir çərçivəsində çərpələng uçuşları, uşaq oyunları, oxçular, atlı oxçular, cıdır yarışları, dəri sənəti və s. bölmələr fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR