Trend BİA-nın 25 yaşı tamam olur

Trend BİA-nın 25 yaşı tamam olur
# 01 sentyabr 2020 13:14 (UTC +04:00)

Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) yaranmasından 25 il ötür.

APA-nın məlumatına görə, müstəqil Azərbaycanın media sektorunun ilklərindən olan Trend 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb.

Peşəkar kollektivə malik Trend BİA-nın müasir Azərbaycan mətbuatında öz yeri və öz dəst-xətti var.

Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər istehsalçılarından hesab olunan agentliyin tərkibində Azərbaycan, rus, ingilis, türk və fars dillərində xəbər xidmətləri fəaliyyət göstərir.

Trend bu gün xarici ölkələrdə ən çox oxunan və tanınan yerli agentliklərdən biridir.

Qərəzsiz informasiya siyasəti yürüdən agentlik işini beynəlxalq normalara uyğun qurub.

Trend dünyanın aparıcı xəbər agentlikləri ilə əməkdaşlıq edir, agentliyin xəbərləri dünyanın informasiya resurslarında yayımlanır.

25 illik fəaliyyəti dövründə agentlik müxtəlif mükafatlara layiq görülüb.

APA Group” olaraq, Trend BİA-nı təbrik edir, daha böyük uğurlar arzulayırıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR