“Xural” qəzetinin redaksiyasında axtarış aparılıb

“Xural” qəzetinin redaksiyasında axtarış aparılıb
# 08 may 2007 12:32 (UTC +04:00)
Dünən axşam saat 20.30 radələrində Milli Təhlükəsizlik Nazirliyinin Nərimanov rayon şöbəsinin və Nərimanov rayon prokurorluğunun əməkdaşları “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını rayon polis idarəsinə çağıraraq qəzetin redaksiyasında axtarış keçirəcəklərini bildiriblər. Bu barədə APA-ya “Xural” qəzetindən məlumat verilib. Axtarışa əsas kimi Nərimanov rayon məhkəməsinin “Xural” qəzetinin redaksiyasında baxış keçirilməsinə dair Nərimanov rayon Polis İdarəsinin rəisinin vəsatətinə və rayon prokurorunun təqdimatına əsasən çıxardığı qərar göstərilib. Redaksiyaya baxış zamanı Ə. Zeynallının tərcümə etdiyi 12 ədəd Adolf Hitlerin “Mənim savaşım” əsəri və baş redaktora hədiyyə olunan 3 ədəd rus dilində nəşr olunmuş “Adolf Hitler” kitabları götürülüb. Redaksiyadan bildiriblər ki, “Xural” qəzetinin redaksiyasında aparılan baxışdan sonra Ə. Zeynallı sərbəst buraxılıb: “Əvəz Zeynallının israrlı sualları qarşısında yalnız o məlum olub ki, “Mənim savaşım” əsirinin təkrar dərc edilməsi üçün Milli Elmlər Akademiyasına, MTN-nin əlaqədar qurumlarına müraciət etmək lazımdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR