Bu ilin birinci yarımilində 21 mətbu nəşr uçota alınıb.
APA-nın məlumatına görə, bunu “Ədliyyə xidmətləri: qeydiyyat və notariat orqanlarının fəaliyyəti” mövzusunda keçirilən onlayn brifinqdə Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyev bildirib.
Onun sözlərinə görə, ümumilikdə uçota alınan mətbu nəşrlərin sayı 5382-yə çatıb.