Azərbaycan və Bolqarıstan Müdafiə nazirlikləri hərbi təhsil və treninq sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Bolqarıstan Müdafiə nazirlikləri hərbi təhsil və treninq sahəsində əməkdaşlıq edəcək
# 17 iyul 2021 17:04 (UTC +04:00)

Azərbaycan və Bolqarıstan Müdafiə Nazirlikləri arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” fərmanında əksini tapıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq haqqında” 2021-ci il martın 11-də Sofiya şəhərində və mayın 19-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Bu Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Respublikası Hökumətinə bildiriş göndərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR