"Azercell" Milli Mətbuat və Jurnalistika günü münasibətilə media nümayəndələrini təbrik edir

"Azercell" Milli Mətbuat və Jurnalistika günü münasibətilə media nümayəndələrini təbrik edir
# 22 iyul 2021 16:18 (UTC +04:00)

Lider mobil operatordan “Mediacell” abunəçilərinə 5GB hədiyyə

Təməli 22 iyul 1875-ci il Həsən bəy Zərdabinin ana dilində "Əkinçi" qəzetini nəşr etdirməsi ilə qoyulan Azərbaycan mətbuatı bu gün 146 illiyini qeyd edir. Müasir qloballaşma, informasiya-kommunikasiya texnologiyalarının inkişafı dövründə azad və müstəqil kütləvi informasiya vasitələrinin mövcudluğu cəmiyyət həyatında əhəmiyyətli təsirə malikdir.

Ötən il Azərbaycan üçün taleyüklü bir dövrdə - 44 günlük İkinci Qarabağ müharibəsi zamanı yeni tarixin canlı şahidi olub qələmi ilə vuruşan, cəbhə bölgələrindən yorulmadan həqiqətləri ictimaiyyətə çatdıran və zəfər müjdəsini verən media nümayəndələrinin əməyi əvəzsiz olub. 

Ölkənin lider mobil operatoru “Azercell Telecom” MMC ənənəvi olaraq media nümayəndələrinin peşə bayramına özəl hədiyyə hazırlayıb. 22-23 iyul müddətində bütün “Mediacell” tarifinin istifadəçiləri 1875 açar sözünü 2723 qısa nömrəsinə göndərməklə “Azercell”dən hədiyyə qismində 5GB həcmində mobil internet paketi əldə edə bilər. (Ətraflı: https://www.azercell.com/az/personal/campaigns/special-offers/national-press-and-journalism-day-campaign-2021.html).

Qeyd edək ki, Milli Mətbuat və Jurnalistika Günündə “Azercell” şirkətinin nümayəndələri işğaldan azad edilmiş ərazilərdə vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan Məhərrəm İbrahimov və Sirac Abışovun ailələri ilə görüşüb, onların əziz xatirəsini dərin hüznlə yad ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR