"Bild"in baş redaktoru işdə sevgi macəralarına görə vəzifəsindən azad edilib

Yulian Rayhelt

© APA | Yulian Rayhelt

# 19 oktyabr 2021 13:41 (UTC +04:00)

"Axel Springer SE" nəşriyyat və media qrupu Yulian Rayheltin Almaniyanın məşhur "Bild" qəzetinin baş redaktoru vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə "Axel Springer"in bəyanatında deyilir.

Bildirilir ki, şirkət rəhbərliyi şəxsi və peşə məsələləri arasında dəqiq bir xətt qoymayan və bu məsələdə şirkətin İdarə Heyəti ilə vicdanlı olmayan cənab Rayheltin son davranışlarından xəbərdardır.

Xatırladaq ki, bu qərar daha öncə "The New York Times" qəzetində cənab Rayheltin eşq macəraları haqqında dərc olunmuş məqalədən sonra qəbul edilib.

Qeyd edək ki, Yulian Rayhelt dörd ildən çoxdur "Bild"ə rəhbərlik edir. Son illər ərzində onun tabeliyində olan işçilərlə yaxın əlaqələr qurduğu, rəfiqələrini karyera pilləkəninə yüksəltdiyi və ayrıldıqdan sonra vəzifələrini aşağı saldığı barədə şayiələr yayılmağa başlayıb. Daha sonra söhbət "Bild"in sahibi olan "Axel Springer SE" rəhbərliyinə çatıb. Baş redaktorun özü ittihamları rədd edib və dəvət olunmuş vəkillər daxili yoxlama apardıqdan və cənab Rayheltin səhvlər etdiyini, lakin qanunsuz bir şey etmədiyi qənaətinə gəldikdən sonra Yulianın vəzifədə qalmasına icazə verilib. "The New York Times"ın dərc etdiyi məqalədən sonra da baş redaktor şəxsi və peşə maraqlarını qarışdırmağa davam edib. Bu da onun işdən çıxarılmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR