MEDİA rəhbəri: “Bu müsabiqələr köhnə ənənələrin davamı kimi qiymətləndirilə bilməz”

MEDİA rəhbəri: “Bu müsabiqələr köhnə ənənələrin davamı kimi qiymətləndirilə bilməz”
# 02 iyul 2021 17:15 (UTC +04:00)

“Bundan öncə Azərbaycanda onlayn media subyektləri üçün müsabiqə keçirilməyib”.

APA-nın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə. İsmayılov bildirib ki, bu müsabiqələr keçmiş ənənənin davamı deyil: “Əvvəllər çap mediası üçün müsabiqələr keçirilib. Lakin indiki şərtlər əvvəlkindən tamamilə fərqlidir, yəni, bu müsabiqələr əvvəlki ənənənin davamı deyil. Biz həm qəzetin dizaynını, həm də qəzetin məzmununu dəyərləndirmişik. Köhnə ənənələrdən ciddi fərqlərdən biri də odur ki, redaksiyalara göstərilən maliyyə yardımlarının xərc istiqamətləri artıq müəyyən edilib. Həmin tələblərə riayət edilməsinə MEDİA tərəfindən xüsusi nəzarət olunacaq. Bu müsabiqələr heç də köhnə ənənələrin davamı kimi qiymətləndirilə bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR