Mətbuat nümayəndələri Ağdamda salınacaq meşə-parkın ərazisində olublar - FOTO - VİDEO

Ağdam şəhər meşə-parkının salınacağı ərazi

© APA | Ağdam şəhər meşə-parkının salınacağı ərazi

# 31 may 2021 10:57 (UTC +04:00)

Jurnalistlər Ağdam şəhər meşə-parkının salınacağı ərazidə olublar.

APA-nın Qarabağ bürosunun məlumatına görə, MEDİA Agentliyinin Ağdama təşkil etdiyi səfər çərçivəsində meşə-parkın salınacağı ərazi ilə tanış olan jurnalistlərə məlumat verilib ki, meşə-parkın ərazisi ilkin olaraq 125 hektar təşkil edəcək. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu meşə-parkda yaradılacaq gölə töküləcək.

Parkda sakinlər və turistlər üçün istirahət guşələrinin yaradılması nəzərdə tutulur.

Qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyi ilkin olaraq təşəbbüslə çıxış edərək meşə-parkın ərazisində əkinə başlayıb. Burada Azərbaycan üçün simvolik məna daşıyan dağdağan ağacları əkilib.

Əlavə edək ki, Prezident İlham Əliyev də bu il mayın 28-də Ağdama səfər zamanı Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edib.

Jurnalistlər əraziyə baxış keçirib, görülən işlərlə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR