FHN-in əməkdaşı Tokio Olimpiadasına vəsiqə qazanıb

Parataekvondoçu Aynur Məmmədova ilə görüş

© APA | Parataekvondoçu Aynur Məmmədova ilə görüş

# 21 may 2021 15:02 (UTC +04:00)

Bu il mayın 7-9-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində parataekvondo üzrə Avropa təsnifat turniri keçirilib.

APA-nın məlumatına görə, 15 ölkənin iştirak etdiyi və 25-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunun əməkdaşı, ikiqat Dünya və dördqat Avropa çempionu, Prezident mükafatçısı parataekvondoçu Aynur Məmmədova da iştirak edib.

A. Məmmədova yüksək nəticə göstərərək +58 kq çəki dərəcəsində bütün döyüşlərdə qalib gələrək yarışın qızıl medalına layiq görülüb.

Gərgin keçən final döyüşündə idmançımız rəqibini qızıl xalla məğlub edib.

A. Məmmədova avqustun 24-dən sentyabrın 5-dək Yaponiyanın paytaxtı Tokioda baş tutacaq Yay Paralimpiya Oyunlarında iştirak hüququna yiyələnib.

FHN-in İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev bu gün idmançını qəbul edərək, onu qazandığı nailiyyətə görə təbrik edib, idmançıya qiymətli hədiyyə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR