İTV Azərbaycanda Olimpiya Oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb

İTV Azərbaycanda Olimpiya Oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb
# 09 sentyabr 2009 13:23 (UTC +04:00)
Bakı – APA. İctimai Televiziya (İTV) növbəti layihəsini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, İTV indi də ölkəmizdə olimpiya oyunlarının yayım hüququna sahib çıxıb.

Bu ildən etibarən futbol üzrə Avropa Liqasının oyunlarının Azərbaycandakı yayım hüququna yiyələnən telekanal planetin ən böyük idman yarışlarının da eksklüziv yayım hüququna sahib çıxıb. Belə ki, azərbaycanlı azarkeşlər 2010-cu ilin fevralında Kanadanın Vankuver şəhərində keçiriləcək qış, 2012-ci ildə İngiltərənin paytaxtı Londonda baş tutacaq Yay Olimpiya Oyunlarına məhz İTV vasitəsilə baxa biləcəklər.

Bir müddət əvvəl futbol üzrə Çempionlar Liqası və Avropa Liqasının yayım hüququnu əldə edə bilməyən “İdman-Azərbaycan” kanalı isə ən azı 5 il - 2014-cü ilin qış olimpiadasınadək olimpiya həsrəti yaşamalı olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR