Azərbaycanda 24-cü Olimpiya-İdman Kompleksinin açılışı olub

Azərbaycanda 24-cü Olimpiya-İdman Kompleksinin açılışı olub
# 25 dekabr 2009 14:13 (UTC +04:00)
Bakı - APA. Dekabrın 25-də Bakının Şağan qəsəbəsində Olimpiya-İdman Kompleksinin açılışı olub. APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib, Azərbaycanda 24-cü olan Olimpiya-İdman Kompleksi ilə tanış olub.

Burada universal idman, güləş və trenajor zalları, hakimlər otağı, soyunub-geyinmə və digər xidmət otaqları yerləşir. Dövlət başçısı kompleksin universal idman zalı ilə tanış olub. İdmanın futbol, həndbol, voleybol, basketbol növləri ilə məşğul olmaq və yarışlar keçirmək üçün nəzərdə tutulan bu zaldakı tribunada 620 oturacaq quraşdırılıb.

Güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulmuş zala baxan prezidentə məlumat verilib ki, burada 615 tamaşaçı yeri quraşdırılıb. Dövlət başçısı trenajor zalına da baş çəkib. Bildirilib ki, kompleksdəki zallarda həm mini futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür.

Prezident yeməkxana, konfrans zalı, həkim otağı, yeməkxana, üzgüçülük hovuzu, kompleksin ərazisində inşa olunmuş mehmanxana ilə tanış olub.

Açıq havadakı idman qurğuları ilə də tanış olan dövlət başçısına məlumat verilib ki, burada iki tennis kortu, mini futbol və voleybol meydançaları yaradılıb.

Prezident ərazisində 1032 tamaşaçı yeri olan süni örtüklü stadiona da baxıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR